"Bakı" AZAL-la oyuna hazırdır

13:56 - 22 Mart 2014

Komandada üç itki var
 
Sabah Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Bakı” səfərdə AZAL-la qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, bu gün isə "zolaqlar" oyunöncəsi son məşqini keçirib. 
 
Saat 11.10-da yüngül qaçış və isinmə hərəkətləri ilə başlayan hazırlıq ardınca yerini əyləncəli oyuna buraxıb. Belə ki, mərkəz dairənin içinə cəmlənən futbolçular təkqaldı oynayıb. Şən əhval-ruhiyyədə davam edən “kvadrat” tapşırığından sonra “zolaqlılar” maneələri keçməklə, sürətli qaçış tapşırığını yerinə yetirib. Sonda ikitərəfli oyun da baş tutub. Rəmzi olaraq “göylər” və “sarılar”ın mübarizəsində birincilər (3:0) üstün olub. 
 
Qeyd edək ki, icazəli olan Elvin Əliyev və dartılmış əzələsini müalicə etdirən Rauf Əliyev məşqdə iştirak etməyib. Qabırğasında əmələ gələn çatın bitişməsini gözləyən Əfran İsmayılov isə yüngül qaçışla kifayətlənib. 

Xəbər xətti