"Araz Naxçıvan" "hərbçilər"lə mübarizəyə hazırdır

14:21 - 22 Mart 2014

Komandada itki yoxdur
 
I divizionunun XX turunda MOİK-i qəbul edəcək "Araz Naxçıvan" oyuna hazırdı.
 
Sportal.az xəbər verir ki, komanda dünən son məşqinə çıxıb. 
 
1 saata yaxın davam edən məşqdə futbolçular daha çox topla çalışıblar. Komandada zədəli və cəzalı futbolçuların olmaması Əsgər Abdullayevi sevindirən əsas məqamdı.
 
MOİK isə dünən günorta saatlarında Naxçıvana təşrif buyurub və matçdan öncə son məşqini edib. 
 
Qeyd edək, "Araz Naxçıvan" - MOİK matçı bu gün saat 15.00-da Naxçıvan Muxtar Respiblika stadionunda keçiriləcək.

Xəbər xətti