"Bu cür fikirlərin mənası yoxdu"
"Əlbəttə, ölkə kubokunun 1/4 finalında “Rəvan”a yenilib mübarizəni dayandırmaq üzücüdü. Ancaq olanlar keçmişdə qaldı. Hər şeyə rəğmən, toparlanmalıyıq və AZAL-la oyunda qələbəni düşünməliyik. Bundan sonra Premyer Liqa qarşılaşmalarına var gücümüzü qoymalıyıq ki, avrokuboklara vəsiqə qazanaq. Sabah AZAL-ı məğlub edə bilsək, 3-cü dövrədə 18 xal toplamış olacağıq. Bu isə əvvəlki dövrələrdəkindən daha yaxşı nəticə sayılacaq. Bütün çətinliklərə baxmayaraq, futbolçularımda ruh yüksəkliyi yaratmağa çalışıram".
Sportal.az xəbər verir ki, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç Premyer Liqanın 27-ci turunda AZAL-la oyun öncəsi klubun saytına açıqlamasında deyib.
Təcrübəli mütəxəssis mətbuatda Marius Penanın “qara siyahı”ya düşməsi ilə bağlı yazılan xəbərlərə də münasibət bildirib:
"O, sabah mənimlə birgə olacaq. Bu cür fikirlərin mənası yoxdu".
M.Pantiç onu da əlavə edib ki, hazırda müalicə alan Rauf Əliyevin xidmətindən “Simurq”la oyunda yararlanacaq.
saytlarin hazirlanmasi