AFFA rəsmisi Abete ilə görüşüb

13:05 - 23 Mart 2014

Məmmədov İtaliya Futbol Federasiyasının prezidenti ilə müzakirlələr apardı
 
AFFA-nın baş katibi Elxan Məmmədov Roma şəhərində İtaliya Futbol Federasiyasının prezidenti Giancarlo Abete ilə görüşüb.
 
Sportal.az xəbər verir ki, görüşdə Azərbaycan və İtaliya milli komandaları arasında Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək ev və səfər oyunlarının təşkilati məsələləri ətraflı müzakirə olunub.
 
Qeyd edək ki, Avro-2016-nın seçmə mərhələsində İtaliya – Azərbaycan oyunu bu il oktyabrın 10-da, Azərbaycan – İtaliya qarşılaşması isə 2015-ci il oktyabrın 10-da keçiriləcək.
 

Xəbər xətti