Komanda 3 itki ilə hazırlaşır
Premyer Liqanın 28-ci turunda "böyük oyun"da "Neftçi" ilə qarşılaşacaq "Xəzər Lənkəran"ın Bakıda məskunlaşdığını diqqətinizə çatdırmışdıq.
Sportal.az xəbər verir ki, komanda dünən Bakıda məşqə çıxıb.
Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxan cənubluların futbolçuları texniki və fiziki tapşırıqlar üzərində işləyiblər. Komandanın üç futbolçusu- Tural Cəlilov, Rasim Ramaldanov və Tyeqo Vilyam əsas heyətlə birgə yalnız qaçışda iştirak edib. Qaçışdan sonra hər üç futbolçu otelə qayıdıb. Bir məqamı qeyd edək ki, Rasimin zədə ilə yanaşı, cəza problemi də var. Ona görə Ramaldanovun derbidə forma geyinməyəcəyi dəqiqdir. Digər iki futbolçunun də oynamama ehtimalı böyükdür. "Xəzər Lənkəran" sabah da eyni məkanda məşq edəcək.
saytlarin hazirlanmasi