"Bakı"ya iki şad xəbər: İsmayılov və Əliyev komandaya qoşuldu

13:30 - 28 Mart 2014

"Göylər" "yaşıllar"dan üstün oldular
 
Sabah “Bakı” Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda “Simurq”la qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, bu gün isə komanda oyunöncəsi son məşqini keçirib. 
 
Saat 11:00-da yüngül qaçışla başlayan hazırlıq yerini dartınma hərəkətlərinə buraxıb. Ardınca əyləncəli qaçdı-tutdu oynayan futbolçular məşqin çox hissəsini “kvadrat”a həsr edib. Qısa məsafələrə sürətli qaçış tapşırığından sonra isə ikitərəfli oyun baş tutub. Rəmzi olaraq “göylər” və “yaşıllar”ın mübarizəsində birincilər (4:2) üstün olub. 
 
Onu da qeyd edək ki, zədəsini sağaldan Əfran İsmayılov və Rauf Əliyev kollektiv məşqlərə qoşulub. 

Xəbər xətti