"Biz burdayıq!"
"Xəzər Lənkəran" azarkeşləri bugün səhər saatlarında "Böyük oyun" öncəsi matçın keçiriləcəyi stadionun hasarlarının üzərinə yazılar həkk ediblər.
Sportal.az xəbər verir ki, cənub klubunun "Azad tribunaçılar 13" qrupunun üzvləri stadionun hasarlarının üzərinə qrupun adını və "Xəzər", "Burdayıq" yazaraq komandalarına dəstək olurlar.
Qeyd edək ki, məlum qalmaqalın ardından AFFA-nın qərarına əsasən bu mövsüm "Böyük oyun"larda qonaq azarkeşlərin iştirakına qadağa qoyulub.
saytlarin hazirlanmasi