Komanda sabah bir araya gələcək
Premyer Liqanın XXVIII turu çərçivəsində martın 29-da səfərdə “Neftçi”yə məğlub olan “Xəzər Lənkəran”a ardıcıl iki gün istirahət verilib.
Sportal.az xəbər verir ki, “Böyük oyun”dan həmən sonra sərbəst buraxılan komanda dünən və bu gün istirahət edərək aprel ayının 1-də yenidən Bakıda toplanacaq. Həmin gün bir araya gələrək paytaxtda bir məşq keçirəcək komanda aprelin 2-də Lənkərana yollanacaq. Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXIX turunda (aprelin 5-də) doğma meydanda “Qəbələ” klubunu qəbul edəcək.
12cioyuncu.info
saytlarin hazirlanmasi