"Nədənsə, hakim qolu qeydə almadı"

00:44 - 31 Mart 2014

Elmin Çobanov: "İlk hissədə vurulan qolumuz hesaba alınmadı"
 
"Rəqibin kimliyindən asılı olmayaraq, biz hər zaman oyunlara ciddi hazırlaşırıq".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan" PFK-nın futbolçusu Elmin Çobanov klubun rəsmi saytına açıqlamasında deyib.  "Qaradağ Lökbatan"la keçirilən matçdan sonra açıqlama verən futbolçu bu görüşdə qələbə qazana bilmədiklərinə görə təəssüfləndiyini dilə gətirib:
 
"Bura qələbə dalınca gəlmişdik və yalnız qələbəyə köklənmişdik. Düzdür, rəqibin də oyun zamanı qol imkanları oldu, lakin düşünürəm ki, matçda üstün olan tərəf biz idik. İlk hissədə vurulan qolumuz hesaba alınmadı. Epizoda yaxın yerdə dayanmışdım. Hətta futbolçumuz başla zərbə endirəndən sonra son olaraq topa mən toxundum. Nədənsə, hakim qolu qeydə almadı. Oyunun son dəqiqələrində isə iki epizodu boşa verdik. İndi bu oyunu unudub qarşıdakı görüşə köklənməliyik. Doğma arenada qələbə qazanıb cari mövsümdəki seriyanı davam etdirmək istəyirik".   

Xəbər xətti