Klinsman həmyerlisinə vəzifə verdi
Amerika Birləşmiş Ştatları Futbol Federasiyası AFFA-ya müraciət edərək, bu il Braziliyada keçiriləcək dünya çempionatında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmannın xüsusi məsləhətçisi təyin olunmasına razılıq verilməsini xahiş edib.
Sportal.az xəbər verir ki, dünya çempionatının təşkil olunacağı müddətdə Azərbaycan milli komandasının oyunlarının və təlim-məşq toplanışlarının keçirilməyəcəyini nəzərə alaraq AFFA müraciəti müsbət cavablandırıb.
Qeyd edək ki, ABŞ milli komandası Braziliyada keçiriləcək dünya çempionatında Almaniya, Portuqaliya və Qana yığmaları ilə birgə G qrupunda mübarizə aparacaq.
saytlarin hazirlanmasi