Güvənc Kurtar: "Sonda hakimlərə təşəkkür etdim"
Bu gün baş tutan "İnter" - "Rəvan" (3-0) qarşılaşmasından sonra "Rəvan"ın baş məşqçisi Güvənc Kurtar fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, o, bunları dilə gətirib.
"Oyunçularımız pis təsir bağışlamadı. Bir neçə səhvimiz oldu, buna görə də qollar buraxdıq. "Neftçi"də 7 (Araz Abdullayev) və 9 (Flavinyo) nömrəli futbolçular cinahdan daxil olaraq, qollar vururlar. "İnter"də də İaşvili və Asif Məmmədov eyni taktikanı həyata keçirir. Biz əslində Vaqif Cavadovu gözləyirdik, amma, oynamadı.Kubokda Neftçi ilə oyunumuz var, bu bir növ sınaq oldu. Növbəti oyunumuz "Sumqayıt"ladır. Bu oyunda başqa bir oyun göstərib qalib gəlmək istəyirik. Hakimlərdən razı qaldım, sonda da təşəkkür etdim."
Qeyd edək ki, Kurtar son vaxtlar hakimlərdən davamlı narazılığını bildirirdi.
saytlarin hazirlanmasi