Şehiç Kamran Ağayevi qabaqladı

00:35 - 1 Aprel 2014

"Qarabağ"ın iki qapıçısı ilk "3-lük"də
 
Premyer Liqanın 28-ci turunda “Qəbələ”ni məğlub etmiş “Qarabağ” bir neçə rekorda imza atıb.
 
Sportal.az xəbər verir ki, 3:0 hesablı qələbə həm mövsümün, həm də milli çempionatların tarixinə düşüb.
 
“Qarabağ”ın qapıçısı İbrahim Şehiç ardıcıl 4-cü matçda qapısından qol buraxmayıb. “Quru” seriyasını 367 dəqiqəyə çatdırmış Şehiç mövsümün 3-cü göstəricinə imza atıb.
 
“Quru” seriyaya əsasən, mövsümün rekordu Şehiçin komanda yoldaşı Fərhad Vəliyevə məxsusdur. Ardıcıl 5 quru oyun keçirən qolkiperin hesabında 554 dəqiqə var. Şehiç kimi, ardıcıl 4 görüşdə qol buraxmayan Pavel Kapsa isə 505-də dayanıb.
 
1. Fərhad Vəliyev (Qarabağ) - 554;
2. Pavel Kapsa (Simurq) - 505;
3. İbrahim Şehiç (Qarabağ) - 367;
4. Kamran Ağayev (Bakı) - 360;
5-6. David Pietrzkeviç (Qəbələ), Pavel Kapsa (Simurq) - 335.

Xəbər xətti