Rahid Əmirquliyev "Xəzər Lənkəran"ın tarixinə düşür

12:31 - 2 Aprel 2014

Kapitan 200-cü matçına çıxacaq
 
"Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev növbəti yubileyinə hazırlaşır.
 
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Premyer Liqanın XXIX turunda “Qəbələ”yə qarşı oyuna çıxacağı halda, çempionatda 200-cü dəfə “ağ-yaşıl” formanı geyinəcək.
 
İndiyədək komandada hamıdan çox – 260 qarşılaşma keçirən orta sahə oyunçusu 199 dəfə çempionat görüşündə iştirak edib.
 
“Xəzər Lənkəran”da 8-ci mövsümünü keçirən kapitan buna nail olan ilk futbolçudur.

Xəbər xətti