Portuqaliyalı hücumçu ÇL-də 100-cü oyununa çıxdı
“Real” (Madrid) futbol klubunun oyunçusu Kriştiano Ronaldo yeni rekord müəyyənləşdirib.
Sportal.az xəbər verir ki, portuqaliyalı hücumçu “Borussiya”ya (Dortmund) qarşı oyunda Çempionlar Liqası yarışlarında 100-cü matçına çıxıb. Bununla da o, turnirdə 100 oyun keçirən 21-ci futbolçu olub. Onadək ancaq bir portuqaliyalı – Luiş Fiqu mötəbər klub turnirində 100 oyun səddini keçmişdi.
Ronaldo 100-cü oyununda qol vuran üçüncü futbolçudur. İndiyədək Tyerri Anri və Zlatan İbrahimoviç Çempionlar Liqasındakı 100-cü qarşılaşmalarında fərqlənə bilmişdilər.
saytlarin hazirlanmasi