Dibirhacıyev rəqib tanımadı
Sərbəst güləş üzrə Avropa çempionatının 4-cü günü xalça üzərinə ölkəmizin daha bir idmançısı çıxıb.
Sportal.az xəbər verir ki, Ruslan Dibirhacıyev (70 kq) və Həmzət Osmanov (86 kq) debüt ediblər.
Dibirhacıyev Belarus təmsilçisi Anton Afansyev üzərində 10:2 hesabı ilə qələbə qazanıb. İkinci qarşılaşmada o, Macarıstan idmançısı Zombor Guləşi 6:2 hesabı məğlub edərək, yarımfinala çıxıb. Finala çıxmaq üçün Dibirhacıyev Türkiyə güləşçisi Yaqub Qoraya 5:4 hesabı ilə qalib gəlib.
Finalda güləşçimiz erməni Qriqor Qriqoryanı 12:2 hesabı ilə məğlub edərək, qalib olub.
saytlarin hazirlanmasi