"Futbolçu həftədə iki oyun oynamalıdır ki..."

19:40 - 5 Aprel 2014

Güvənc Kurtar: "İlk hissədə bir şey edə bilmədik, amma  2-ci hissədə üstün oynadıq"
 
Bu gün "Rəvan" doğma meydanda "Sumqayıt"ı qəbul edib.1:1
 
Sportal.az xəbər verir ki, oyundan sonra "Rəvan"ın baş məşqçisi qarşılaşmanı şərh edib:
 
“Oyuna yaxşı başladıq. Lakin ilk 10 dəqiqədən sonra rəqib çox yaxşı oynadı. İlk hissədə bir şey edə bilmədik, amma  2-ci hissədə üstün oynadıq. 2-ci hissədəki oyunla qalib gəlməli idik, təəssüf ki, alınmadı. Bir neçə qol epizodundan istifadə edə bilmədik. Oynamayan futbolçulara şans verirəm ki, lazımi idman formasına düşsünlər. Bu tempə alışmaq lazımdır. Futbolçu həftədə iki oyun oynamalıdır ki, daha sürətli tempdə oynasın” 

Xəbər xətti