Məşqlərə Kurtar və Məmmədov nəzarət edəcək
“Rəvan” klubunun 3 məşqçisi Türkiyəyə gedib.
Sportal.az xəbər verir ki, köməkçi məşqçilər Gökhan Kağıtçıoğlu, Lütfi Hındal Gündüz və qapıçılar üzrə məşqçi Salih Sayar qısamüddətli fasilədən istifadə edərək, vətənlərinə yola düşüblər.
Məşqçilər 2 gün sonra Azərbaycanda olacaqlar. “Rəvan” isə məşqlərini baş məşqçi Güvənc Kurtar və Fizuli Məmmədovun rəhbərliyi altında bərpa edəcək.
Qeyd edək ki, “Rəvan” 30-cu turda “Qarabağ”ın qonağı olacaq.
saytlarin hazirlanmasi