Daha bir ulduz futbolçu Braziliyaya üz tutdu

13:23 - 6 Aprel 2014

Anelka "Atletiko Mineyro"da

 
35 yaşlı fransız Nikola Anelkanın yeni iş yeri bəlli olub. 
 
Sportal.az xəbər verir ki,ulduz futbolçu bundan sonra Braziliyada çıxış edəcək. Şəxsi tvitter hesabından bu haqda məlumat verən Anelka "Аtletiko Mineyro" ilə razılığa gəldiyini qeyd edib. 
 
Qeyd edək ki, Anelkanın bu qərara gəlməsində əsas səbəblərdən biri vaxtilə PSJ-də çiyin-çiyinə oynadığı Ronaldinyo ilə komanda yoldaşı olmasıdır. Bu artıq Anelkanın karyerasında 13-ci klubu olacaq. 

Xəbər xətti