Rahid Əmirquliyev 200-ü tamamladı
“Xəzər Lənkəran”ın futbolçusu Rahid Əmirquliyev eyni komandanın heyətində 200 və daha çox oyun keçirənlərin siyahısına daxil olub
Sportal.az xəbər verir ki, Premyer Liqanın 29-cu turunun “Qəbələ” ilə ev matçında yubiley oyununu keçirən yarımmüdafiəçi buna nail olan 13-cü futbolçudu.
Cənub təmsilçisinə qədər yalnız Qusar “Şahdağ”ında çıxış etmiş Rahid 2006/07 mövsümündə debüt etdiyi “Xəzər Lənkəran”da 200-ə çatan ilk futbolçudu. “Qarabağ”la “Turan”da hamıdan çox – 4, “Viləş”də 2, AZAL-la “İnter”in 1 belə oyunçusu olub. Eyni klubda keçirilən çempionat matçlarının sayında mütləq rekord “Qarabağ”ın 268 oyununda forma geyən Aslan Kərimova məxsusdur – 268 oyun.
saytlarin hazirlanmasi