Kapitan qalmaqaldan danışdı: "Çox məyusam"

16:20 - 7 Aprel 2014

Selcuk İnan: "Azarkeşin etirazına səbəb olacaq bir hərəkət etdiyimi düşünmürəm"
 
Dünən “Fənərbağça”ya qarşı keçirilən oyunda əvəzlənərkən formasını çıxaran “Qalatasaray”ın kapitanı Selcuk İnan azarkeşlərin sərt etirazı ilə üzləşdi.
 
Sportal.az xəbər verir ki, oyun başa çatmadan “TT Arena”nı tərk edən futbolçu, nəhayət ki, hadisə ilə bağlı danışıb. Onun  məsələ ilə bağlı ilk fikirləri alınıb. Türkiyə mətbuatına istinadən verdiyimiz məlumata görə, İnan bu sözləri söyləyib:  “Mən “Qalatasaray”ın kapitanıyam. Bu forma altında çox uğurlar əldə etdim.  Azarkeşin etirazına səbəb olacaq bir hərəkət etdiyimi düşünmürəm. Hazırda çox məyusam. Amma əmin olun ki, mən komanda üçün ən yaxşını etməyə çalışacağam”.   Qeyd edək ki, “Qalatasaray” dünən “Fənərbağça”ya 1:0 hesabı ilə qalib gəldi.   

Xəbər xətti