"Xəzər Lənkəran"dan son xəbər: 3 nəfər fərdi məşqlə kifayətləndi

00:10 - 8 Aprel 2014

Komanda "Bakı" ilə oyunun hazırlıqlarını davam etdirir
 
Premyer Liqanın 30-cu turunda "Bakı" ilə qarşılaşacaq "Xəzər Lənkəran" komandası hazırlıqlarını paytaxda davam etdirir.
 
Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, dünən saat 17.00-da İdman Akademiyasının stadionunda cənubluların 90 dəqiqəlik məşqi reallaşıb. 
 
Məşqdə heyətin bütün futbolçuları iştirak edib. Yalnız zədəli olan Adrian Pit, Manuel Skarlatake və Tyeqo Vilyam əsas heyətdən kənarda fərdi məşqlə kifayətləniblər.

Xəbər xətti