Lorents - Günter Kostner xəstəxanaya yerləşdirildi
Millimizin hücumçusu Toğrul Erat baş məşqçisiz qalıb.
Sportal.az xəbər verir ki, futbolçumuzun çıxış etdiyi "Fortuna"nın baş məşqçisi Lorents-Günter Kostnerin sağlıq durumunda problem yaranıb. Bu üzdən o, xəstəxanaya aparılıb və hazırda həkim nəzarəti altındadı. Hələlik 62 yaşlı mütəxəssisin klubdakı fəaliyyətini davam etdirib-etdirməyəcəyi bilinmir. Böyük ehtimalla hər şeyə növbəti həftənin sonuna kimi aydınlıq gəlməlidi. Kostnerin vəzifəsini hazırda müvəqqəti olaraq köməkçi məşqçi Oliver Rek həyata keçirir. 62 yaşlı çalışdırıcı işinə qayıda bilməsə, Rek rəsmən baş məşqçi təyin olunacaq. Maraq üçün xatırladaq ki, Eratı da ikinci komandadan əsas komandaya məhz Rek cəlb etmişdi.
saytlarin hazirlanmasi