"Araz Naxçıvan"ın futbolçusu 4 oyunluq , "Bakılı" texniki məğlubiyyətlə cəzalandırıldı

13:16 - 8 Aprel 2014

"Mil-Muğan" da 4 oyunluq cərimələndi
 
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 24-cü turunun bir oyunu ilə bağlı aşağıdakı qərar qəbul edilib:
 
“Araz Naxçıvan” – “Neftçala” matçının 16-cı dəqiqəsində “Araz Naxçıvan”ın futbolçusu Bəxtiyar Soltanov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
 
“Şahdağ” – “Bakılı” matçında “Bakılı” iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
“Mil-Muğan” – “Turan-T” matçının 85-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Elşən Hacıyev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.

Xəbər xətti