Komanda istirahətə buraxılmışdı
Premyer Liqanın 30-cu turunda "Rəvan"la qarşılaşacaq "Qarabağ" oyunun hazırlıqlarına başlayıb.
Sportal.az xəbər verir ki, komanda bu günü tək çalışmayla keçirəcək.
Sonuncu turdakı AZAL qalibiyyətindən sonra (2:0) Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov dünəni komandaya istirahət vermişdi.
Bu gündən isə komanda "Rəvan"la oyunun hazırlıqlarına start verəcək.
Qarabağ"ın məşqi saat 17:00-da Suraxanı qəsəbə stadionunda baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" -"Rəvan" oyunu aprelin 12-i, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi