Rednik yenə işsiz qaldı
"Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı Mirça Rednik yenidən işsiz qalıb.
Sportal.az xəbər verir ki, rumın mütəxəssis rəhbərlik etdiyi Belçika "Gent"indən qovulub.
Buna səbəb komandanın son üç oyunda uduzmasıdı. Artıq Rednikin xələfi də müəyyənləşib. Komanda mövsümün sonunadək Peter Balettenin sərəncamında olacaq. Balette Rednikin köməkçisi idi.
Qeyd edək ki, dünən Rednikin 52 yaşı tamam olur.
saytlarin hazirlanmasi