"Bakı" "Xəzər Lənkəran"la oyuna hazırdır

14:22 - 11 Aprel 2014

"Zolaqlılar"ın heyətində 4 zədəli
 
Premyer Liqanın 30-cu turunda "Xəzər Lənkəran"ı qəbul edəcək "Bakı" oyunun hazırlığını başa vurub.
 
Sportal.az xəbər verir ki, paytaxt klubu hazırlığı bu gün keçirilən son məşqlə yekunlaşdırıb.
 
Saat 11:00-da başlayan hazırlığa ənənəvi olaraq yüngül qaçış və isinmə hərəkətləri ilə start verilib. Ardınca mərkəz dairəyə cəmlənən futbolçular əyləncəli təkqaldı oynayıblar. Növbəti tapşırıqda 3 qrupa bölünən baş məşqçi Milinko Pantiçin yetirmələri “kvadrat” oynamağa da imkan tapıb. Sonda yenidən topla şən-əhval ruhiyyə yaradan təmrinə yer verən “zolaqlılar” dartınma hərəkətləriylə məşqi başa vurub.
 
Qeyd edək ki, zədəli olan Alberto Noqeyra və Namiq Ələsgərov hazırlıqda iştirak etməyib. Bərpa dövrü keçən Rauf Əliyev, Elvin Məmmədov və Georgios Pelagias fizioterapevt Radişa Milosavlieviçin rəhbərliyi altında fərdi proqram əsasında çalışıb.

Xəbər xətti