Komanda son məşqinə çıxıb
Premyer Liqanın 30-cu turunda "Xəzər Lənkəran" bu gün səfərdə "Bakı"nın qonağı olacaq.
Sportal.az-ın əldə etdiyi məlumata görə, komanda dünən "Bakı" klubunun təlim-məşq bazasında oyunöncəsi son məşqinə çıxıb.
Komandanın heyətində 3 zədəli var. Elnur Abdullayev və Adrian Pitin bugünki oyunda forma geyinməyəcəyi dəqiqdir. Digər zədəli isə qapıçı Vyekeslav Tomiçdir. Əzələsini dartan qolkiper hələ də zədəsini tam sağaltmayıb. Amma buna baxmayaraq, futbolçunun adının iştirak ərizəsinə daxil ediləcəyi gözlənilir.
saytlarin hazirlanmasi