"Matçda futbol adına hər şey var idi"
Premyer Liqanın 30-cu turunda “Xəzər Lənkəran”ı qəbul edən “Bakı” ilk hissəsini 0-2 hesabı ilə məğlub başa vursa da, ikinci hissədə iki qol vuraraq 2-2 hesablı bərabərliyə nail olub.
Sportal.az xəbər verir ki, oyundan sonra cənubluların baş məşqçisi Mustafa Dənizli heç-heçəni şərh edib:
“Oyun azarkeşlərə zövq verdi. Matçda futbol adına hər şey var idi. 3 xalı qazana bilmədik. Premyer Liqada Avropa Liqasına vəsiqə qazanmaq üçün şansımız olmadığı üçün fikrimizi toparlaya bilmirik. Kubokda daha uğurlu olmaq üçün bugünkü oyun bizə bir dərs oldu. Premyer Liqa bizim üçün hal-hazırda ikinci planda olduğu üçün əsas heyətin bəzi futbolçularına istirahət verməyim adi haldır”.
saytlarin hazirlanmasi