"Klubumuzun prezidentinə söz vermişəm, hakimlikdən danışmayacam"

18:51 - 12 Aprel 2014

Pantiç: "İkinci hissədə daha həvəsli oynadıq, komandam qələbəyə layiq idi"
 
Premyer Liqanın 30-cu turunda "Xəzər Ləkəran"ı qəbul edən "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç 2-2 hesablı heç-heçəyə münasibət bildirib.
 
Sportal.az həmin fikirləri təqdim edir:
 
“Çətin və mübarizə ilə bol qollu bir oyun oldu. Bir neçə futbolçumuz bu gün meydana çıxa bilmədi. Rəqibimiz güclü idi, ilk dəqiqələrdə qapımızda qol gördük. Bu da rəqib komandaya üstünlük verdi. “Xəzər Lənkəran”ın cərimə zərbələrini çox yaxşı yerinə yetirməsini futbolçularıma demişdim. İlk hissəni 0-2 hesabı ilə geridə olsaq da, fasilədə futbolçularıma tövsiyyələrimi verdim. İkinci hissədə daha həvəsli oynadıq, komandam qələbəyə layiq idi. Hücumda çatışmazlıqlarımız var, iki gənc futbolçuya bu gün şans verdim. “Neftçi” ilə oyuna top rəqib futbolçunun əlinə dəymişdi, hakim isə 11 metrlik cərimə zərbəsi təyin etməmişdi. Ona görə bu haqda danışmışdım. Klubumuzun prezidentinə söz vermişəm, hakimlikdən danışmayacam. Hakim də insandır, səhv edə bilər. İlk üçlüyə düşmək üçün sona kimi mübarizə aparacağıq”.

Xəbər xətti