Güvənc Kurtar məğlubiyyətə belə şərh verdi

20:50 - 12 Aprel 2014

"Biz bacarmadıq"
 
Bu gün Premyer Liqanın 30-cu turunda "Rəvan" səfərdə "Qarabağ"ı məğlub olub.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "Rəvan"ın baş məşqçisi Güvənc Kurtar bunları dilə gətirib:
 
"Məğlub olduqdan sonra danışmaq çətindir. Hər iki komanda oyuna yaxşı başladı. Bizim 3 qol epizodumuz oldu, rəqibin isə iki. “Qarabağ” qol vura bildi, biz isə bacarmadıq. Müdafiədə 6-7 futbolçu ilə oynamağımıza baxmayaraq, böyük hesabla məğlub olduq. Bütün fikrimi kubok oyununa yönəltmişəm. Kubokda da belə oynasaq nəticə qazana bilmərik. Artıq dünəndən komanda bir yerdədir, kubok oyununa ciddi hazırlaşacağıq. Həm Lukaş Sapela, həm də Kamal Bayramov yaxşı qapıçıdırlar. Qarşıdakı oyunda hansına şans verəcəyimi indidən deyə bilmirəm.”.

Xəbər xətti