AZAl-da iki cəzalı
Paytaxtın AZAL klubu Premyer Liqanın XXXI turunda qarşılaşacağı "Xəzər Lənkəran"la səfər matçında iki futbolçunun xidmətindən yararlana bilməyəcək.
Sportal.az xəbər verir ki, Samuel Barlayla Junior Aylton sarı vərəqə limiti üzündən kənarda qalacaq. Hər iki futbolçu "Qəbələ" matçında mövsümün 8-ci "sarı"sını alaraq ikinci dəfə cəzalı duruma düşüb. Samuel Barlay qarşılaşmanın 66-cı, Aylton isə 84-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanıb.
saytlarin hazirlanmasi