Şehiçin "quru" seriyası başa çatdı

12:20 - 14 Aprel 2014

"Qarabağ"ın qapıçısı ikinci oldu
 
"Qarabağ”ın qapıçısı İbrahim Şehiçin “quru” seriyası qırılıb.
 
Sportal.az xəbər verir ki, Premyer Liqada ardıcıl 5 matçda qol buraxmayan Bosniya və Herseqovinalı 30-cu turun “Rəvan”la qarşılaşmasında rəqib zərbəsi qarşısında aciz qalıb. 5:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin qolkiperi 68-ci dəqiqədə Tyaqo de Souzanın qoluna məyus olub.
 
Sonuncu dəfə 24-cü turun “Neftçi” ilə oyununda qol buraxan qapıçının seriyası 525-ci dəqiqədə qırılıb. Bunadək Şehiçin qapısına qol vuran son futbolçu həmin görüşün 83-cü dəqiqəsində fərqlənən Mirhüseyn Seyidov olmuşdu. Ardınca “Bakı”, “İnter”, “Sumqayıt”, “Qəbələ” və AZAL-la qarşılaşmalarda top buraxmayan legioner bununla da mövsümün 2-ci nəticəsinə imza atıb. Son matçda qolu buraxdığı vaxtadək hesabına əlavə etdiyi dəqiqələrlə “Simurq”lu Pavel Kapsanı keçən Şehiç yalnız “Qarabağ”dakı əvəzləyicisi Fərhad Vəliyevdən geri qalıb.
 
1. Fərhad Vəliyev (“Qarabağ”) – 554
2. İbrahim Şehiç (“Qarabağ”) - 525
3. Pavel Kapsa (“Simurq”)– 505
4. Kamran Ağayev (“Bakı”) – 360
5-6. David Pietrzkieviç (“Qəbələ”), Pavel Kapsa (“Simurq”) – 335

Xəbər xətti