"Qarabağ"ın cari uğuru çıxışıma ən yaxşı qiymətdi"

00:34 - 15 Aprel 2014

Şehiç: "Qızıl medalları qazansaq, o zaman əlavə göstəricilərdən danışmaq olar"
 
Sonuncu oyunda "Rəvan"la qarşılaşan "Qarabağ" 5:1 hesablı qələbə ilə uğurlu seriyasını davam etdirdi.
 
Sportal.az xəbər verir ki, ardıcıl 7-ci qələbəsini qazanan komanda 5 oyundan sonra qapısından qol buraxdı. Belədə qolkiper İbrahim Sehiçin quru seiyası 525 dəqiqədə dayandı. Çempionatda ən uzun seriya isə bu komandanın digər qolkiperi Fərhad Vəliyevə aid idi. Fərhad 554 dəqiqə qapısından qol buraxmamışdı.
 
Ümumiyyətlə, "Qarabağ" cari mövsümdə uğurlu müdafiəsi ilə diqqəti cəlb edir. Belə ki, 30 oyunda buraxdığı 15 qolla komanda orta hesabla Avropada ən az qol buraxan komandadı. Bosniyalı qolkiper də "Qarabağ"ın bu uğurunun sirrini açıqlayıb:
 
"Qarabağ"ın Avropa klubları arasında ən az qol buraxan klub olması tək mənim uğurum deyil. Bu göstəricini bütün komandanın adına yazmaq lazımdı. Biz həm müdafiədə, həm də hücumda kompakt şəkildə çıxış edirik. Nəticədə bugünkü nəticəni əldə etmişik. Bu, sadəcə, mənim və ya müdafiəçilərin yox, bütün komandanın əməyidi. Bunlar heç də əsas deyil. Vacib olan çempionluq uğrunda mübarizədi. Qızıl medalları qazansaq, o zaman əlavə göstəricilərdən danışmaq olar. Milli komandaya gəlincə, ölkəmin mətbuatı tez-tez çıxışımla maraqlanır. Hər halda belə göstərici heç kimin diqqətindən qaçmaz. Sonuncu dəfə qış tətili zamanı millinin baş məşqçisi ilə görüşmüşəm. Mənə dedi ki, əvvəlki formanı bərpa etsən, millinin qapıları üzünə açıqdı. Zənnimcə, "Qarabağ"ın cari uğuru çıxışıma ən yaxşı qiymətdi. Millinin formasını daşımaq şərəfdi. Dünya çempionatına kimi hələ var. İnanıram ki, yayda millinin heyətində Braziliyada olacam".

Xəbər xətti