"Atletiko" Anelka ilə müqaviləni ləğv edib
Braziliyanın "Atletiko Mineyro" klubu Nikolas Anelka ilə ilk müqaviləni ləğv edib.
Sportal.az xəbər verir ki, klubun idman direktoru bu barədə açıqlamasında deyib.
Bildirib ki, fransalı oyunçu bir neçə həftə öncə Braziliyaya gedərək onlarla görüşməli olsa da, futbolçu Küveytdə təşkil olunan tədbirə yollanıb.
"Ancaq Anelka bizimlə görüşmədi. Bu hörmətsizlikdən sonra onunla müqaviləni ləğv etməyə qərar verdik".
saytlarin hazirlanmasi