"Caspian Ultras" Qəbələyə yollandı
"Xəzər Lənkəran" bu gün ölkə kubokunun 1/2 final mərhələsində "Qəbələ"nin qonağı olacaq.
Çempionatda uğursuz nəticələr göstərən cənub təmsilçisinin azarkeşlərini özündən küsdürmüşdü. Daima öz adından söz etdirən "Caspian Ultras" azarkeş qrupu da komandalarının çempionatdakı oyunlarını boykot etmişdi. Bəs azarkeşlər kubokun yarımfinalında qarşılaşacaqları "Qəbələ" ilə oyunda komandalarına dəstək olacaqlar? Bu sualın cavabını "Caspian Ultras" fan klubunun rəhbəri Ramal Novruzov Sportal.az-a açıqlamasında bildirib:
"Bəli, müəyyən səbəblərə görə komandamızın çempionatdakı oyunlarını boykot etmişik. Ancaq kubokda komandamızın yanında olacağıq. Və bu gün Bakıdan Qəbələyə yola düşmüşük. "Xəzər Lənkəran"ı Qəbələdə tək qoymayacağıq".
saytlarin hazirlanmasi