İki aparıcı futbolçu cəzalı duruma düşdü
“Rəvan” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu ərəfəsində problemlə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın iki aparıcı oyunçusu – Cəmşid Məhərrəmov və Orxan Lalayev “Neftçi”yə qarşı keçirilən ilk oyunda sarı vərəqə alaraq, limiti doldurublar.
Qeyd edək ki, komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.
saytlarin hazirlanmasi