Rebrov komandaya rəhbərlik edəcək
Kiyev “Dinamo”sunun məşqçisi Sergey Rebrov müvəqqəti olaraq baş məşqçilik funksiyasını yerinə yetirəcək.
Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis Oleq Bloxinin köməkçisi idi. Bu barədə klubun rəsmi saytı məlumat verib. Xatırladaq ki, Oleq Bloxin dünən “Şaxtyor”a məğlubiyyətdən sonra istefaya göndərilib.Bu məğlubiyyətdən sonra Kiyev “Dinamo”su “Şaxtyor”dan 7 xal geri qalır və 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Rebrov bir vaxtlar "Fənərbaxça" formasını geyinib.
saytlarin hazirlanmasi