Bəzi futbolçular dünən fərdi məşq ediblər
Premyer Liqanın XXXI turu çərçivəsidə aprel ayının 20-də “Fırtınalar meydanı”nda AZAL klubunu qəbul edəcək “Xəzər Lənkəran” Bakıdan Lənkərana qayıdıb.
Sportal.az xəbər verir ki, "ağ-yaşıllar" aprelin 17-də saat 12:30-da paytaxtı tərk edib və saat 17:40-da doğma şəhərə çatıb. Komanda özünün baza-otelində məskunlaşıb.
Məşqçilər korpusunun icazəsi ilə bir neçə futbolçu ehtiyat meydançada əsasən fiziki hərəkətlərdən istifadə edərək fərdi qaydada yüngül məşq ediblər.
Qeyd edək ki, komanda şəklində əsas məşq aprelin 18-də günün ikinci yarısında keçiriləcək.
Ertəsi gün isə oyunöcəsi son hazırlıq olacaq. Xatırladaq ki, aprelin 20-də saat 18:00-da “Fırtınalar meydanı”nda start götürəcək qarşılaşma heç bir televiziya kanalı ilə yayımlanmayacaq.
12cioyuncu.info
saytlarin hazirlanmasi