"Əsla sevgili deyilik"
Hazırda İstanbulda yaşayan azərbaycanlı iş xanımı, eks teleaparıcı Leyla Süleymanova Türkiyə mətbuatında tanınmış fənərbaxçalı futbolçu Səlçuk Şahinlə eşq yaşadığı haqda yayılan xəbərlərə aydınlıq gətirib.
Sportal.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Leyla Süleymanova yerli mətbuatda da dərc olunan məlumatların əsassız olduğunu bildirib: "Bu haqda Türkiyə mətbuatına açıqlama vermişik. Bir də Azərbaycan mətbuatına açıqlama vermək istəyirəm ki, yazılanlar doğru deyil. Səlçukla sadəcə dostluq münasibətimiz var. Əsla sevgili deyilik. Rəfiqəm, türk aktrisası Ebru Öztürkün oynadığı "Aşk oyunu" filminin qalasından sonra keçirilən partiyə qatıldıq, Daha sonra Selçuk məni evə yola salarkən sağollaşıb dostca öpüşüb görüşdük. Fotolara diqqətlə baxılsa görüləcək ki, o mənim yanağımdan öpüb. Dostla bu cür sağollaşmaq normal haldır. Sadəcə xahiş edirəm, bunu kimsə olmayan yerə yozmasın. Haqqımda çıxan dedi-qodular ürəyimcə deyil".
Qeyd edək ki, Leyla Süleymanova bir müddət əvvəl Demet Akalının keçmiş əri Oğuz Kayhanla evlənmişdi. Hazırda Leyla və Oğuz boşanaraq ayrılıb.
saytlarin hazirlanmasi