Seleksiya xarakterli təlim- məşq toplanışı keçiriləcək
	 
	"Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə aprelin 22-də Sumqayıtda Futbol Festivalı keçiriləcək. 
	 
	Sportal.az xəbər verir ki, 8-14 yaşlı yeniyetmə futbolçular üçün seleksiya xarakterli təlim-məşq toplanışı təşkil olunacaq.
	 
	Tədbir aprelin 22-də saat 10:00-da Mehdi Hüseynzadə adına stadionun yeni meydançasında baş tutacaq. Özünü sınamaq istəyən yuxarıda qeyd olunan yaşa uyğun olan bütün futbolçuları seleksiya xarakterli təlim-məşq toplanışına dəvət edirik.
                      
saytlarin hazirlanmasi