İki zədəli komandaya qoşuldu
Azərbaycan kubokunun yarımfinal qarşılaşması çərçivəsində “Qəbələ” ilə səfərdə keçirdiyi oyundan sonra Lənkərana dönən "Xəzər Lənkəran" doğma şəhərdə məskunlaşıb.
Sportal.az xəbər verir ki, dünən Lənkərandakı bazasının ehtiyat meydançasında saat 17:00-da məşqə çıxan “Xəzər Lənkəran” AZAL ilə qarşılaşma öncəsi ilk məşqini keçirib.
Zədəli futbolçular Deyvid Sakkoni və Adrian Pit də komandaya qoşulduğuna görə, komanda məşqini tam tərkibdə keçirib və hazırlıq bir saat davam edib. Sabah oyunöncəsi son məşqini keçirəcək “Xəzər Lənkəran” Premyer Liqanın 31-ci turu çərçivəsində AZAL ilə baş tutacaq matçın oyun saatını gözləyəcək.
Xatırladaq ki, “Xəzər Lənkəran” - AZAL matçı aprel ayının 20-də saat 18:00-da start götürəcək.
saytlarin hazirlanmasi