Əziz Yıldırım həbsxanaya qayıdır
“Fənərbaxça”nın prezidenti Əziz Yıldırım yenidən həbsxanaya salınacağı anı gözləyir.
Sportal.az xəbər verir ki, baş Prokurorluq Əziz Yıldırımın vəkillərinin verdiyi etirazları rədd edib və qərarı qüvvədə saxlayıb.
Bu qərara görə, oyun alqı-satqısında ittiham edilən “Fənərbaxça” başqanı yenidən həbsxanaya salınacaq. Onun bundan sonra daha 2 il 2 ay həbsdə qalacağı bildirilir.
Dünən səhər saatlarında "Samandıra" təsislərinə gələn Əziz Yıldırım komanda üzvləri ilə sağollaşıb. "Fənərbaxça"nın resmi "twitter" hesabından klub prezidentinin futbolçularla görüşündən çəkilmiş foto yerləşdirilib.
saytlarin hazirlanmasi