"Kubokun cavab oyununu düşünərək bəzi futbolçulara istirahət verdim"

20:00 - 20 Aprel 2014

Güvənc Kurtar özünə təsəlli verdi

 

"Qəbələ"yə doğma divarlar arasında məğlub olan "Rəvan" turnir cədvəlində sonuncu pilləyə endi.

 

Sportal.az xəbər verir ki, "Rəvan"ın türkiyəli baş məşqçisi Güvənc Kurtar oyundan sonra keçirilən mətbuat konfransında özünə təsəlli verməyə çalışıb:

“Məğlub olduq, amma, bu, indiyədək oynadığımız ən yaxşı oyun idi. Bir neçə qol imkanını boşa verdik. Kubokun cavab oyununu düşünərək bəzi futbolçulara istirahət verdim. Yaxşı oyuna görə komandamın hər bir oyunçusunu təbrik edirəm”.

Xəbər xətti