"Xəzər Lənkəran" kimi iddialı klubla oyunda 1 xal da pis deyil"

00:02 - 21 Aprel 2014

Tərlan Əhmədov: "İlk hissədə sönük oyun oldu"
 
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "Xəzər Lənkəran"la 1:1 hesabı ilə bərabərə qaldıqları qarşılaşmanı şərh edib.
 
Sportal.az xəbər verir ki, təbii ot örtüyündə oynamağın onlar üçün çətin olduğunu deyən çalışdırıcı səfərdə  bir xal qazanmağı pis nəticə hesab etməyib:
 
“Oyun mübarizə şəraitində keçdi. İlk hissədə sönük oyun oldu. Təbii ot örtüyündə oynamaq bizim üçün çətindir. İkinci hissədə daha çox mübarizə oldu, hər iki komanda qalib gələ bilərdi. Qarşımızda duran məqsəd yaxşı oyun göstərmək və qalib gəlmək idi. “Xəzər Lənkəran” kimi iddialı klubla oyunda səfərdə 1 xal qazanmaq da pis deyil. Futbolçularıma mübarizəyə görə təşəkkür edirəm. Topa daha çox nəzarət etməyə çalışırdıq. Heç-heçəni oyuna görə ədalətli nəticə hesab edirəm. Əsas heyətin 5 futbolçusu bu gün yox idi. Digər futbolçular onları layiqincə əvəzlədi”.

Xəbər xətti