"Bütün fikrimizi kubokun cavab oyununa yönəldəcəyik"
Premyer Liqanın 31-ci turunda "Xəzər Lənkəran" doğma meydanda AZAL-la heç-heçə edib.
Sportal.az xəbər verir ki, Dənizli oyuna belə şərh verib:
"Maraqlı oyun oldu, komandanın oyunundan, mübarizə əzmindən məmnun qaldım. Qalib gələ biləcəyimiz oyun idi. Ciddi qol imkanlarımız oldu. Rəqib bir neçə imkan yaratdı, onlardan birində qapımızda qol gördük. Komanda şəklində müdafiə olunduqda sadə qollar buraxırıq, bu, məni narahat edir. Futbolçuların qazanmaq istəyi məni ümidləndirdi, səhvlər həmişə olur. Bütün fikrimizi kubokun cavab oyununa yönəldəcəyik"
saytlarin hazirlanmasi