Gökhanın həyati təhlükəsi yoxdur
“Beşiktaş”ın futbolçusu Gökhan Törenin başına iş gəlib.
Sportal.az xəbər verir ki, dünən “Fənərbağça”ya qarşı keçirilən derbi matçından sonra gecə klubuna gedən Töre insident iştirakçısı olub.
Nəticədə futbolçu yaralanıb. Klubdan bildirilib ki, hazırda xəstəxanada olan futbolçunun həyati təhlükəsi yoxdur.
saytlarin hazirlanmasi