Naxçıvan təmsilçisindən inamlı qələbə
Futbol üzrə Azərbaycan 1-ci divizionunun lideri "Araz Naxçıvan" son turda "Göyəzən"ə qalib gəlməklə həm də cari mövsümdə top buraxmadan 3-cü dəfə 4 top fərqi ilə meydanı 3 xalla tərk etmiş oldu.
Sportal.az xəbər verir ki, çempionatın ilk dövrəsində məhz "Göyəzən"i səfərdə 4 dəfə mərkəzə dəvət edən muxtar respublika təmsilçisi eyni zamanda doğma arenada "Bakılı"ya da eyni aqibəti yaşatmışdı.
"Araz Naxçıvan" 163 gündən sonra yenə doğma azarkeşləri önündə 4:0 hesablı qələbəni bayram etdi.
saytlarin hazirlanmasi