Komandada 1 cəzalı var
Ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Xəzər Lənkəran" "Qəbələ"ni qəbul edəcək.
Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, komandada yalnız bir itki var. Bu, AZAL-la matçda zədələnən Adrian Pitdir. Cəzasını başa vuran Alvaro Silva da bu oyunda forma geyinə bilər.
Qeyd edək ki, ilk matçda "Qəbələ" 3:0 hesabı ilə qələbə qazanmışdı.
saytlarin hazirlanmasi