"Qəbələ" Lənkəranda hansı suala cavab axtarırdı?

00:03 - 24 Aprel 2014

Komandalar oyuna hazırdır
 
Ölkə kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Qəbələ” klubunu “Fırtınalar meydanı”nda qəbul edəcək “Xəzər Lənkəran” aprelin 23-də oyunöncəsi son məşqini keçirib.
 
Sportal.az xəbər verir ki, cənub təmsilçisi saat 17:45-də stadionun əsas meydançasında məşqə başlayıb. Adrian Pitdən savayı bütün heyətin qatıldığı hazırlıq prossesi bir saat 15-dəqiqə davam edib. “Xəzər Lənkəran”ın məşqi bitirib əsas meydançanı tərk etməsi ilə eyni anda – saat 19:00-da “Qəbələ” komandası stadiona daxil olub. Qonaq komandanın rəsmilərindən tutmuş futbolçularına qədər hamısı stadionun ərazisində qarşılarına çıxan hər kəsə eyni sualla müraciət ediblər:

“Sabahkı oyunda tribunalarda azarkeş çoxmu olacaq?

 Qeyd edək ki, qonaqların bu sualına dəqiq cavab verə bilən tapılmayıb.
 
12cioyuncu.info

Xəbər xətti