Sportal.az xəbər verir ki, "Neftçi"yə 3:1 hesabıyla məğlub olan "Rəvan" klubunun baş məşqçisi Güvənc Kurtar oyundan sonra mətbuat konfransında açıqlama verib:
"Orxanla Cəmşidin olmaması oyunumuza pis təsir etdi. Təbii ki bu bəhanə olmamalıdır. İlk oyundan sonra ümidlənmişdik. Finala çıxsaq, kuboku qazanacağımıza inanırdım. Bundan sonra diqqətimizi çempionata yönəldib, Premyer Liqada qalmaq haqda düşünəcəyik".